Analoqu olmayan bloq :)

Əli S. Novruzovun bloqu

Bütün Bakıda, metroda işıqlar söndü

şərh yazın »

Written by ljmaximus

Fevral 9, 2010 at 11:59 AM

Somalidə qəribə bilik yarışı

with 2 comments

BBC-nin bu yaxınlarda verdiyi məlumata görə Somalidə islamçı yaraqlılar qəribə intellektual yarış keçiriblər. Ramazan münasibəti ilə Kismayu şəhərində təşkil olunmuş bu yarışda suallar İslam və Somali coğrafiyası haqqında olub, qaliblərə isə AK-47 avtomatları, əl qumbaraları və digər silah-sürsat hədiyyə olunub.

Yarışı təşkil edən əl-Şəbab qruplaşmasının nümayəndəsinin sözlərinə görə onların məqsədi gənclərin asudə vaxtını səmərəli təşkil etmək və öz torpaqlarını qorumağa həvəsləndirmək olub. Mükafatlandırma mərasimində çıxış edən qruplaşma üzvü Şeyx Abdullahi Əlhaq deyib ki, mükafatların silah-sürsat olmasının əsas səbəbi gəncləri Somalidə gedən müqəddəs müharibədə daha aktiv iştirak etməyə çalışmaqdır.

Şəhərin Farcano məhəlləsini təmsil edən qalib komandanın aldığı mükafatın ümumi dəyəri 1000 ABŞ dolları dəyərində olub.

BBC: Guns given to Somali quiz winners

Written by ljmaximus

November 2, 2009 at 10:16 PM

İnternet və daha bir insan hüququ

with one comment

Bir qədər öncə sizə Azərbaycanın əksər internet istifadəçilərinin nə əziyyət çəkdiyini yazmışdım – daha doğrusu bu əziyyəti ANTV heyəti çox əyani şəkildə təsvir etmişdi. İndi isə gəlin dünyanın o biri başına, uzaq şimal diyarına baxaq.

Bu yaxınlarda xəbər gəldi ki, Finlandiya hökuməti dünya tarixində daha bir presedentə imza atıb. Belə ki, bundan sonra Helsinki hər bir vətəndaşın yüksək sürətli internetə sahib olma hüququna tanıyacaq. Daha doğrusu elə bu hüququ rəsmi Helsinki özü təsis edib. Finlandiyanın Nəqliyyat və Rabitə Nazirliyinin qərarına əsasən gələn ilin iyun ayından hər kəsin ən azı 1 meqabit internet sürətinə sahib olma hüququ olacaqdır.

Təəccübləndiniz? Hələ bu harasıdır! 2015-ci il üçün Finlandiya hökuməti bu minimal həddi 100 meqabit səviyyəsinə qaldırmağa qərarlıdır.

Sabir demişkən, əcnəbi göydə balonlarda gəzir…

Written by ljmaximus

Oktyabr 26, 2009 at 12:22 AM

Day lap ağını çıxarıblar!

with 2 comments

Azərbaycanın ilk onlayn vətəndaş televiziyası olan ANTV-dən bir qrup gənc çox maraqlı bir video-çarx çəkib. Bütün dial-up istifadəçilərinə həsr olunduğundan çarx cəmi 51 saniyədir! Read the rest of this entry »

Written by ljmaximus

Oktyabr 6, 2009 at 9:04 PM

Facebook indi də Azərbaycan dilində

with 3 comments

Məşhur sosial şəbəkə Facebook oktyabr ayının 2-də rəsmən özünün Azərbaycanca versiyasını təqdim etdi. Şəbəkənin rəhbərliyindən Elizabet Linderin bu barədə yazdığı bloq yazısından məlum olur ki, həmin gün Azərbaycan, Farer, gürcü, latın və Nepal dilləri Facebook-un artıq 70-dən çox olan rəsmi versiyalarına əlavə edilmişdir.

Bütün Azərbaycanlı Facebook istifadəçilərini bu münasibətlə təbrik edirik və xoş sosial şəbəkələşmə arzu edirik. Facebook hesabınızın dilini dəyişmək üçün ilk öncə sayta daxil olursunuz və sonra bu keçiddən istədiyiniz tənzimləməni seçirsiniz.

Written by ljmaximus

Oktyabr 4, 2009 at 10:07 PM

Xalq qurbağadır!

with 5 comments

Tənbəl olmaq hər kəsin haqqıdır – təbii ki, məsuliyyəti ilə. Kimsə səhər yuxudan tez qalxmasa yeməyini gec yeyəcək, dərsə getməyə könlü olmayan sagird isə jurnalda yağlı bir qayıb alacaq. Tənbəl olmaq o zamana qədər hər kəsin haqqıdır ki, belə tənbəlliyin nəticəsini ictimaiyyət çəkməsin. Read the rest of this entry »

Written by ljmaximus

Sentyabr 30, 2009 at 5:21 PM

Azərbaycanda hakimiyyətlərin bölünməsi

with 2 comments

Azərbaycan Konstitusiyasının 7-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir”. Müvafiq olaraq icraedici hakimiyyət Prezidentə, qanunverici hakimiyyət Milli Məclisə və məhkəmə hakimiyyəti isə məhkəmələrə mənsubdur. Deməli bu, işin nəzəri tərəfidir.  Bəs təcrübədə Azərbaycanda hakimiyyətlərin bölünməsi prinsipi necə işləyir? Read the rest of this entry »