Analoqu olmayan bloq :)

Əli S. Novruzovun bloqu

Xalq qurbağadır!

with 5 comments

Tənbəl olmaq hər kəsin haqqıdır – təbii ki, məsuliyyəti ilə. Kimsə səhər yuxudan tez qalxmasa yeməyini gec yeyəcək, dərsə getməyə könlü olmayan sagird isə jurnalda yağlı bir qayıb alacaq. Tənbəl olmaq o zamana qədər hər kəsin haqqıdır ki, belə tənbəlliyin nəticəsini ictimaiyyət çəkməsin.

Amma hər cəmiyyətdə elə insanlar var ki, onların tənbəlliyi cinayətdən pisdir. Bu nəinki özlərinə, hətta bütün cəmiyyətə baha basa gəlir. Söhbət ziyalılar və ümumilikdə əhalinin oxumus, dünya görmüs hissəsindən gedir. Və çox təəssüf ki, Azərbaycanda bu insanlar kütləvi səkildə tənbəlliklə məsğuldur – universitetdə dərs deyənlər və oranı bitirənlər, qəzet nəsr edənlər və onu oxuyanlar, kitab satanlar və kitab alanlar, və nəhayət internet istifadəçiləri belə!

Azərbaycan adlı məmləkətdə ictimai həyat demək olar ki, yoxdur – hər kəs ancaq öz evinin qapısından içərini düsünür. Cəmiyyətin anlayısı kimi, özü də abstraktdır. İctimai fikrin izi-tozunu da görən olmayıb, o ki qaldı ictimai qınaq ola.

Amma bu, hələ dərdin yarısıdır.

Dərdin ikinci yarısı odur ki, bütün bu passiv insanlar, Allahın tənbəl bəndələri öz gözlərində tiri görməyib basqalarının gözündə tük axtarırlar. Bu gün bir balaca mədəni vərdislərə yiyələnən gənclər dərhal azərbaycanlıların bir xalq və fərd kimi mədəniyyətsizliyindən danısırlar. Özü nəsə bir kitab alan kimi dərhal camaatın genetik bibliofob və savadsız olmağından dəm vururlar. Və az qala bütün problemləri azərbaycanlıların barbarlığında görürlər.

Bir sözlə, bu xalq demokratiya, müasir respublika, insan hüquq və azadlıqlarına layiq deyil. Onun üçün hüquqi dövlət, azad bazar və liberal cəmiyyət yaratmaq olmaz!

Razıyam ki, xalqımız hətta qonsuları ilə müqayisədə götürəndə çox da qəzet-kitab oxuyan deyil. Hansısa səbəbdən onun sadə, savadsız nümayəndələrini Maykl Cekson, Freddi Merkuri yox, toyxanada esitdikləri mahnılar cəlb edir. Onlar Arianna Haffingtonun bloq yazılarını yox, Röya haqqında son yenilikləri izləyirlər.
Amma üzr istəyirəm, biz nə vaxt bunları dəyisməyə cəhd etdik? Nə vaxt öz aldığımız savad və təhsilin onda birini insanlarımıza asılamağa cəhd etdik? Nə zaman sadə insanların hansısa problemi ilə maraqlandıq?

Bakı sənaye səhəridir, çirkli və zəhmət tələb edən istehsalın məskəni. Eləcə də Azərbaycan insanı çörək pulu qazanmaq üçün il boyu torpağını sumlayıb, sürülərini otarmalıdır. Bu ölkədə olan-qalan nə varsa hamısını bu savadsız və mədəniyyətsiz hesab etdiyimiz insanlar öz ağır zəhmətləri bahasına yaradıblar. Gündüzün ağır isindən və gecənin yorğunluğundan onların səxsi mütaliəyə və ya məktəb getməyə vaxtı qalmayıb.

Ancaq məhz onların sayəsində biz savadlı və mədəni gənclər varıq. Bu ölkənin hər bir ağılı öz mövcudluğuna görə onların əllərinin qabarına borcludur. Və belə olan halda, tənbəllik edib onlara kömək göstərmək, vəziyyəti yaxsılığa dəyismək əvəzinə xalqı söymək nə dərəcədə ədalətlidir? Bir onu deyə bilərəm ki, bu, ən rahat
yoldur. Vicdanı yumaq üçün. Niyə mən nəsə etməliyəm ki? Onsuz da bunlar dəyisməyəcək. Ondansa gedim görüm Feysbukda yeni nə var.

İnsanlar müxtəlif olur, pis də var, yaxsısı da, vəhsi də var, mədənisi də. Ancaq əksəriyyət heç birindən deyil. Boris Akunin demiskən, xalq qurbağadır, ətrafın temperaturunu götürən məxluq. Đqlim istidirsə, onlar da isti olacaq, soyuqdursa – onlar da soyuq. Elə etmək lazımdır ki, ölkəmizdə iqlim düzəlsin, insanları dəyisməyə nə var ki?

O ki qaldı, toyxana mahnılarına – bu xalq da əylənmək, bir anlığa problemlərini unutmaq istəyir, təəssüf ki, tarix boyu rastına çıxan elə bu mahnılar olub. Onların nə Maykl Ceksonun kasetini almağa pulları artıq pulları olur, nə də sürətli internetləri ki, yükləyə bilsinlər. Nə də biz bir alternativ yaratmısıq onlar üçün. Tənbəl olduğumuzdan.

Bu yazım Araz qəzetinin sentyabr nömrəsində işıq üzü görüb.

Written by ljmaximus

Sentyabr 30, 2009 at 5:21 PM

5 Cavab

Subscribe to comments with RSS.

  1. Dədə Qorqud filmindən Qazan xanın oğlunun dediyi sözlər yadıma düşdü: “Ata, sən nə vaxt mənə ov ovlamağı, quş quşlamağı öyrətdin?”

    Bilirsiniz necədir? Bizdə hamı əllərini qabar edib pul qazanır ki, övladını oxutsun, bir yerə çıxarsın, övladı işləməmiş, əli çörəyə çatmamış, bu adam özünə adicə bir kitab almağı da dəbdəbə hesab edir.

    İndi isə hamının başı ona qarışıb ki, necə edim ki, problemsiz yaşayım, nə özümə, nə uşağıma heç kəs heç nə deməsin, polisə düşməsin. Buna isə bilmirəm nə ad vermək olar – qurbağamı, yoxsa hər şəkil alan birhüceyrəli amöbmü?

    NA's Lab

    Oktyabr 2, 2009 at 4:15 AM

  2. Unutmayaq ki, bütün ali canlılar və o cümlədən insan məhz o birhüceyrəli canlılardan yaranıb – ona görə də, birdəfəlik anlamalıyıq ki, vacib olan mühitdir. Mühit yaxşı olsa, insanlar da yaxşı olar.

    Üstəgəl, həmin o kasıblar ətrafına baxıb görür ki, cəmiyyətdəki əksər varlılar heç də oxumaqla, savadla yox, asıb kəsməklə mənsəblərinə çatıblar. Onlardan pis nümunə götürməyə çalışırlar :)

    ljmaximus

    Oktyabr 4, 2009 at 10:10 PM

  3. Chox isteyirdim senin mehz bu tip bir yazini oxuyum…

    Mutallimoff

    Oktyabr 19, 2009 at 5:25 PM

  4. Təşəkkür edirəm, Mutallimoff!

    ljmaximus

    November 2, 2009 at 10:10 PM

  5. Choxdandir bele yanashmadan bir meqale oxumamisham
    Beyendim.

    sebine

    Dekabr 18, 2009 at 9:20 PM


Cavab qoy