Facebook indi də Azərbaycan dilində
Məşhur sosial şəbəkə Facebook oktyabr ayının 2-də rəsmən özünün Azərbaycanca versiyasını təqdim etdi. Şəbəkənin rəhbərliyindən Elizabet Linderin bu barədə yazdığı bloq yazısından məlum olur ki, həmin gün Azərbaycan, Farer, gürcü, latın və Nepal dilləri Facebook-un artıq 70-dən çox olan rəsmi versiyalarına əlavə edilmişdir.
Bütün Azərbaycanlı Facebook istifadəçilərini bu münasibətlə təbrik edirik və xoş sosial şəbəkələşmə arzu edirik. Facebook hesabınızın dilini dəyişmək üçün ilk öncə sayta daxil olursunuz və sonra bu keçiddən istədiyiniz tənzimləməni seçirsiniz.
bizim artıq öz facebookumuz var yalli.az )))
BabyFace
Oktyabr 8, 2009 at 9:12 PM
uğurlar ))
ljmaximus
Oktyabr 26, 2009 at 12:27 AM