Analoqu olmayan bloq :)

Əli S. Novruzovun bloqu

Somalidə qəribə bilik yarışı

with 2 comments

BBC-nin bu yaxınlarda verdiyi məlumata görə Somalidə islamçı yaraqlılar qəribə intellektual yarış keçiriblər. Ramazan münasibəti ilə Kismayu şəhərində təşkil olunmuş bu yarışda suallar İslam və Somali coğrafiyası haqqında olub, qaliblərə isə AK-47 avtomatları, əl qumbaraları və digər silah-sürsat hədiyyə olunub.

Yarışı təşkil edən əl-Şəbab qruplaşmasının nümayəndəsinin sözlərinə görə onların məqsədi gənclərin asudə vaxtını səmərəli təşkil etmək və öz torpaqlarını qorumağa həvəsləndirmək olub. Mükafatlandırma mərasimində çıxış edən qruplaşma üzvü Şeyx Abdullahi Əlhaq deyib ki, mükafatların silah-sürsat olmasının əsas səbəbi gəncləri Somalidə gedən müqəddəs müharibədə daha aktiv iştirak etməyə çalışmaqdır.

Şəhərin Farcano məhəlləsini təmsil edən qalib komandanın aldığı mükafatın ümumi dəyəri 1000 ABŞ dolları dəyərində olub.

BBC: Guns given to Somali quiz winners

Written by ljmaximus

November 2, 2009 at 10:16 PM

2 Cavab

Subscribe to comments with RSS.

  1. Sonra da İslam dininə qarşı olan yanaşmada digər din mənsublarını qinayırırq. Qəribə məntiq var:

    “Yarışı təşkil edən əl-Şəbab qruplaşmasının nümayəndəsinin sözlərinə görə onların məqsədi gənclərin asudə vaxtını səmərəli təşkil etmək və öz torpaqlarını qorumağa həvəsləndirmək olub”.

    Bu insanlara heç vaxt sübut edə bilməzsən ki, onların fikirləri elə İslam dininin özünə yaddır. Gənclik də ki, Somalidə 10-11 yaşlarından başlayır, uşaqlardan ibarət orduda narkotiklərin təsiri altında “müqəddəs” mübarizədə bitir.

    NA's Lab

    Dekabr 3, 2009 at 5:44 AM

  2. Maraqlidi

    ATTILA

    Dekabr 6, 2009 at 11:10 AM


Cavab qoy