Analoqu olmayan bloq :)

Əli S. Novruzovun bloqu

Posts Tagged ‘Azadlıq Radiosu

Azərbaycanda reklam biznesi (və ya bazarı)

with 2 comments

Azərbaycanda reklam biznesi nədir, necədir və necə fəaliyyət göstərir? Bu əslində çox sadə suala cavab vermək üçün gərək GEN MMC iflas olaydı, onun rəhbəri məhkəməyə çəkiləydi, Azadlıq Radiosu prosesdən reportajlar hazırlayaydı və bütün bunlara sonda blogger Na’s Lab nöqtə qoyaydı.

Bu, normal bir  cəmiyyətdə ancaq qalmaqal ola bilərdi, amma Azərbaycanda olmadı.

Mütləq oxunmalı bir yazı!

Written by ljmaximus

Sentyabr 15, 2009 at 12:29 AM

Bakıda evlərin qiyməti 15% aşağı düşüb

without comments

Daşınmaz əmlak bazarında may ayının 1-inə olan qiymətlər keçən ilin sonu ilə müqayisədə 15% aşağı enib. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəhbəri Arif Qaraşova istinadən Azadlıq Radiosu xəbər yayıb. Ciddi qiymət enmələri haqqında xəbərləri təkzib edən Qaraşov həm də bildirib ki, sözü gedən azalma yay ayları ilə bağlıdır və payız aylarında əmlakın həm aktivliyində, həm də qiymətlərində artım müşahidə olacaq.

Dünya iqtisadi böhranı nəticəsində Azərbaycanda da daşınmaz əmlakın qiymətlərində enmə müşahidə edilir. Hökumət ölkədə ipoteka kreditlərinin verilməsini isə 2007-ci ildən dayandırıb.

Written by ljmaximus

May 14, 2009 at 10:36 PM

Bakıda Gül Bayramı: 100 nəfər saxlanıldı, 6 nəfər inzibati həbsdə

without comments

Bakıda hər ilin may ayının 10-da keçirilən və Heydər Əliyevin ad gününə həsr olunan ənənəvi Gül bayramı bu il həmişəki kimi heç də bayram əhval-ruhiyyəsində keçmədi. Read the rest of this entry »

Written by ljmaximus

May 12, 2009 at 7:44 AM

NATO Azərbaycanın ərazi bütövlüyünü tanıyır

with one comment

Azadlıq radiosu xəbər verir ki, özünün aprelin 3-ü və 4-ü keçirilən sammitində NATO qəbul etdiyi yekun bəyannaməsinin 58-ci maddəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Maddədə Azərbaycanın adı xüsusi olaraq vurğulanmasa da, məqalənin formuləsi Azərbaycanı da qəti olaraqehtiva edir.

NATO-nun yekun bəyannaməsinin 58-ci maddəsində deyilir:

Biz Cənubi Qafqaz və Moldovada uzun müddətli regional münaqişələrin hələ də davam etməsindən narahatıq. Bu münaqişələrdə bütün tərəflər onun sülh yolu ilə həll olunmasına konstruktiv yanaşmalıdırlar. Biz münaqişə tərəflərini regional təhlükəsizlik və sabitliyi pozan bütün addımlardan çəkinməyə çağırırıq.